Azarkeşlər Reynaldodan qol tələb edir

Azarkeşlər Reynaldodan qol tələb edir
Futbol
07 Fevral 2017 - 04:29
Supersport.Az-ın məlumatına görə, "Adanaspor"un yeni transferi Reynaldo Superliqaya verilən fasilədə daha çalışaraq komandaya uyğunlaşmaq müddətini sürətlə keçməyə çalışır.

Adana klubu bazar ertəsi "Qaziantepspor"la qarşılaşmada "sambaçı"dan yüksək səviyyəli oyun səbirsizliklə gözləyir.

Qış transfer dönəmində "Qarabağ"dan "Adanaspor"a keçən Reynaldo "Kasımpaşa" ilə oyunda 63-cü dəqiqədə meydana daxil olub real qol vəziyyətini qaçırmışdı. Komandaya uyğunlaşmaq baxımından problem yaşayan braziliyalı futbolçu üçün baş məşqçi Ləvən Şahin köməkçiləri ilə görüşərək xüsusi hazırlıq proqramı hazırlayıb.

Superliqa təmsilçisi "Adanaspor"un birinci liqada son pillədə qərarlaşan "Mersin İdmanyurdu" ilə keçirilən yoxlama oyununda Reynaldo da iştirak edib. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Hər keçən gün komanda yoldaşlarına alışan və xoş hərəkətləri ilə hamının rəqğbətini qazanan təcrübəli futbolçu, komandaya faydalı olmaq istəyir.

"Qaziantepspor"la qarşılaşmada "Adanaspor"un azarkeşləri Reynaldodan möhtəşəm oyun, qol gözləyir.

Türkiyə mətbuatının məlumatına görə, sosial şəbəkədə Reynaldonun videolarını paylaşan və braziliyalı futbolçuya tam dəstək verən Adana klubunun fanatları, məşqlərdən sonra oyunçuyla şəkil çəkdirmək üçün yarışır.

Digər xəbərlər