Derbidə qan, dava: "Qartal" "Bülbül"lə bacarmadı - Fotosessiya

Derbidə qan, dava: "Qartal" "Bülbül"lə bacarmadı - Fotosessiya
Futbol, Foto
06 Fevral 2017 - 01:13
Supersport.Az-ın məlumatına görə, Türkiyə Kubokunun 1\8 final mərhələsində qalmaqal baş verib.

Günün əsas matçı İstanbulda "Vodafone Arena"da "Beşiktaş"la "Fənərbağça" arasında keçirilib.

Oyunun ilk yarısı gərgin mübarizə şəraitində keçib. Birinci hissə daha çox Van Persi, Oğuzhan Özyakup, Tosiçin mübahisələri ilə yadda qalıb. Nəticədə Toşiç 41-ci dəqiqədə "Beşiktaş"ı meydanda azlıqda qoyub. Bu zaman azarkeşlər rəqib komandanı təhqir ediblər. "Beşiktaş"lı fanatın meydana girməsinə təhlükəsizlik xidmətinin əməkdaşları imkan verməyiblər. "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşlə "Fənərbağça"lı Kjaer arasında gərginlik olub. Tuneldə hər iki komandanın futbolçularının davası düşüb. Şenol Günəşin köməkçisi Tamer Tuna, Volkan Dəmirələ etirazını bildirib. Baş məşqçi yardımçısını sakitləşdirməyə çalışıb.
Oyun gəlincə, ikinci hissədə üstünlüyü ələ alan "Fənər" 72-ci dəqiqədə hesabı açıb. Van Persi meydan sahiblərinin qapısına yol tapıb. Beləliklə, "Fənər" 1:0 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. "Fənərbağça" 34 il sonra ölkə kubokunda səfərdə "Beşiktaş"ı məğlub edib.

Tribunadan atılan bərk cism qalib komandanın meneceri Həsən Çətinqayanın başını yarıb. Qan içində qalan klub rəsmisinə stadionda yardım göstərilib.

derbi1

derbi4derbi2derbi3

Digər xəbərlər