İran ABŞ idmançılarına qadağanı ləğv etdi

İran ABŞ idmançılarına qadağanı ləğv etdi
Digər, Güləş
05 Fevral 2017 - 12:56
Supersport.Az-ın məlumatına görə, İran ABŞ idmançılarına viza qadağasını ləğv edib.

Qonşu ölkənin rəhbərliyi, fevralın 16-17-də ölkənin Kirmanşah şəhərində keçiriləcək güləş üzrə Dünya Kubokunda amerikalı pəhləvanların iştirakına icazə verib.

İran, daha əvvəl ABŞ prezidenti Donald Trampın viza embarqosu səbəbiylə amerikalı güləşçilərin ölkəyə daxil olmasına qadağa qoymuşdu.

İran xarici işlər naziri Məhəmməd Cavad Zarif bununla bağlı açıqlama verib. O, bildirib ki, Trampın viza qadağası dayandırıldığından ABŞ pəhləvanlarına İran vizası veriləcək.

 

Digər xəbərlər