"Qarabağ"ın keçmiş rəqibi Fransada zirvədə

"Qarabağ"ın keçmiş rəqibi Fransada zirvədə
Futbol
05 Fevral 2017 - 12:19
Supersport.Az-ın məlumatına görə, Fransada çempionluq mübarizəsində "Monako" "Nitsa"nı sınağa çəkib.

Meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb.

İlk hissədə qapılara qol vurulmayıb. Fasilədə sonra "Monako"dan Valere German (47) və Radamel Falkao (60, 81) fərqlənib.

Bu nəticəylə Monako klubu xalını 52-yə çatdıraraq, 23-cü turun ardından birinci pillədə qərarlaşıb.

Sonrakı iki yeri 49 xala malik PSJ və "Nitsa" bölüşdürür.

Digər xəbərlər