Real Madrid Fondunun Bakıda məşqçilər üçün təlim kursu başa çatıb

Real Madrid Fondunun Bakıda məşqçilər üçün təlim kursu başa çatıb
Futbol
04 Fevral 2017 - 16:58
Real Madrid Fondunun məşqçi-təlimatçısı Viktor de Arcenin Azərbaycana səfəri başa çatıb. Səfərin məqsədi Azərbaycanda 2013-cü ildən fəaliyyət göstərən sosial futbol məktəbinin məşqçilik fəaliyyətini qiymətləndirmək və məşqçilər üçün təkmilləşdirilmiş üçgünlük təlim təşkil etməkdən ibarət olub.

Supersport.Az xəbər verir ki, Bakı Modern Təhsil Kompleksində təşkil olunan təlimdə Azərbaycan sosial futbol məktəbinin 15 məşqçisi iştirak edib. Təlimin əsas mövzusu öyrədici təlim kursunun təşkili sahəsində sessiyaların planlaşdırılması, didaktika, nəzəriyyə, praktika və sağlamlıq vərdişlərindən ibarət olub.

Təlimin ikinci günündə İspaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristobal Qonsales-Aller Xuradonu Bakı Modern Təhsil Kompleksinə gələrək təlim kursu ilə tanış olub. Görüş zamanı Viktor de Arce və sosial futbol məktəbinin direktoru Pirəli Rəhimov səfirə məktəbinin fəaliyyəti haqqında geniş məlumat veriblər. Sonra səfir üçün Bakı Modern Təhsil Kompleksində tur təşkil olunub.

Təlimin sonuncu günündə kursu müvəffəqiyyətlə başa vurmuş məşqçilərə “İnkişaf Naminə İdman” İctimai Birliyi və Bakı Modern Təhsil Kompleksinin rəhbərliyinin iştirakı ilə Fondun sertifikatları təqdim olunub.

Digər xəbərlər