Arda Turan dünya futbolu tarixinə düşə bilər

Arda Turan dünya futbolu tarixinə düşə bilər
Futbol
04 Fevral 2017 - 13:11
Supersport.Az-ın məlumatına görə, "Barselona"ya türk futbolçu Arda Turan üçün Çindən rekord məbləğ təklif olunub.

30 yaşlı futbolçu bunu qəbul edərsə, 4 il müddətində 100 milyon avro qazanacaq.

Ardanın meneceri gələn həftə transfer müddətinin martın 1-ə qədər davam etdiyi Çinə gedərək təklifin şərtləri haqda məlumat toplayacaq.

Türk futbolçunun sərbəst qalması üçün məbləğ 125 milyon avrodur və Çin klubu bu rəqəmi azaltmağa çalışır.

Bu vəsait ödənilərsə, Arda Turan dünyanın ən bahalı transferi olacaq. Transferdə ən yüksək məbləğ 105 milyon avro ilə "Mançester Yunayted" tərəfindən Paul Poqba üçün ödənilib.

 

Digər xəbərlər