"Qarabağ"ın futbolçusu Dani Kintana əsada - Video

"Qarabağ"ın futbolçusu Dani Kintana əsada - Video
Futbol, Eksklüziv, Video
03 Fevral 2017 - 23:51
Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə AZAL-la oyunda "Qarabağ" ciddi itki ilə üzləşib.

"AZAL Arena"nın süni qazonuna adi epizodda ayağını basarkən diz bağlarından xəsarət alan Dani Kintananı 27-ci dəqiqədə Əfran İsmayılov əvəzləyib. İspan futbolçu, meydandan xərəkdə çıxarılıb.

Diz bağları qırılan futbolçu üçün mövsüm bitib və o, stadionu əsada tərk edib.

Bu məqam Supersport.Az-ın diqqətindən yayınmayıb.

Digər xəbərlər