İdmançılarımız Saakaşvili ilə şəkil çəkdirib

İdmançılarımız Saakaşvili ilə şəkil çəkdirib
Digər, Ağır Atletika
30 Yanvar 2017 - 16:04
Yanvarın 22-dən Ukraynada təlim-məşq toplanışında olan ağırlıqqaldıranlarımız qarşıdakı daxili və beynəlxalq yarışlara hazırlıqlarını davam etdirir.

Supersport.Az-ın məlumatına görə, Xmelnitski vilayətinin Kameneç-Podolsk şəhərində toplanışda olan millimiz çalışmalarla yanaşı, fəal istirahətə də imkan tapır.

Məşqçilər heyəti ilə birlikdə gəzintiyə çıxan atletlərimiz şəhərin maraqlı və tarixi yerlərinə baş çəkiblər. Gəzinti zamanı yığmamız sürpriz qonaqla da qarşılaşıb. Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə üz-üzə gələn komandamız onunla xatirə şəkli də çəkdirib.

Digər xəbərlər