Maşallah Əhmədov həbs olundu: 8 il

Maşallah Əhmədov həbs olundu: 8 il
Futbol
30 Yanvar 2017 - 13:26
Supersport.Az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Əhmədov son sözlə çıxış edib.

Məhkəmə kollegiyası hökmü oxumaq üçün müşavirəyə çıxıb. Müşavirədən qayıdan hakimlər hökmü elan ediblər. Məhkəmə kollegiyasının hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və o məhkəmə zalında həbs edilib.

Dövlət ittihamçısı Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Neftçi”nin keçmiş futbolçusu Maşallah Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəməyib.

Digər xəbərlər