Təcrübəli məşqçilər Naxçıvana dəvət olundular

Təcrübəli məşqçilər Naxçıvana dəvət olundular
Digər, Voleybol
30 Yanvar 2017 - 12:41
Hal-hazırda Azərbaycan Voleybol Federasiyasının əsas işlərindən biri Respublikamızın  bölgələrdə voleybol idman növünün inkişaf etdirilməsidir. Bu məqsədlə artıq kişi komandaları arasında keçirilən Yüksək Liqa yarışlarnda və I liqa yarışlarına (qadın, kişi) start verildi.

Supersport.Az-ın məlumatına görə, kişi komandaları arasında keçirilən Yüksək Liqa yarıçlarında mübarizə aparan Naxçıvamn komandası Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən 2017-ci ildə də muxtar respublika idmançılarının fəaliyyətini və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi ilə təcrübəli və nüfuzlu məşqçilərin dəvət olunması, idmançılarla görüşlərinin təşkil olunması işi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Voleybol Federasiyasının və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə voleybol üzrə təcrübəli məşqçi müəllim Aleksandr Çyornıy, idmançılar Aleksandr Vasiliyev, Dimitri Baranov və Azərbaycan Respublikası Voleybol Federasiyasının İdman şöbəsinin müdiri Elnur Məmmədov Naxçıvan Muxtar Respublikasına dəvət olunmuşlar.

26 yanvar 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində dəvət olunmuş məşqçi müəllimlərin 20-yə yaxın idmançıya təlim-məşq toplanışı keçirilmişdir. Daha sonra isə Naxçıvan Muxtar Respublika Stadionunda seminarları təşkil olunmuşdur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Voleybol üzrə yığma komandasına voleybol üzrə təcrübəli məşqçi müəllim Aleksandr Çyornıy tərəfindən keçirilən təlim məşq toplanışları davam edəcək.

Digər xəbərlər