AFFA türklərdən 2 milyon tələb edib

AFFA türklərdən 2 milyon tələb edib
Futbol
28 Yanvar 2017 - 13:17
Supersport.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin "Bursaspor"la razılığa gələ bilməməsinin səbəbi açıqlanıb.

Bursa klubu vaxtilə "Kayserispor"u çalışdıran xorvat mütəxəssislə ilk növbədə maliyyə məsələsində anlaşmayıb. Azərbaycanda 1 milyon 250 min avro qazanan Prosineçkiyə bu maaşı "Bursaspor" vermək istəməyib. Xorvat mütəxəssis, hər iki komandanı birlikdə çalışdırmayacağını da bildirib. Türkiyə mətbuatı belə xəbər yayıb.

Prosineçkinin Türk təmsilçisi Yaşar Çalışır, məsələylə bağlı ajansspor-a açıqlama verib:

"Təəssüf ki, razılıq əldə olunmadı. Dekabr ayına kimi AFFA ilə müqaviləsi var. Birincisi, göndərmək istəmirlər. Digər tərəfdən, ayrılması durumunda 2 milyon avro təzminat tələb etdilər. Mən hər iki komandanı mart ayında Azərbaycan yığmasının Almaniya ilə qarşılaşmasına qədər çalışdırmasını təklif etdim. Azərbaycan Futbol Federasiyası və "Bursaspor" bu təklifi qəbul etmədi. Prosineçki "Bursaspor"u çalışdırmağı çox istəyirdi, klub da onu. Lakin istəyimiz alınmadı".

Digər xəbərlər