Reynaldonun qazancı nə qədər olacaq?

Reynaldonun qazancı nə qədər olacaq?
Futbol
27 Yanvar 2017 - 22:55
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Superliqasının iştirakçısı "Adanaspor"a keçən "Qarabağ"ın sabiq hücumçusu Reynaldo fikirlərini bildirib.

Yeni komandasıyla 2,5 illik müqavilə bağlayan braziliyalı futbolçu imzalanmadan sonra deyib:

"Adanaspor"da olduğum üçün xoşbəxtəm. Uzun illər Azərbaycanda çıxış etdim. Türkiyə mənə yad deyil, ikisi də qardaş ölkədir. Çalışacağam ki, burada da komandama faydalı olum".

Türkiyə mətbuatının xəbərinə görə, Reynaldo "toros pələngləri"ndə 2,5 ilə 455 min avro qazanacaq.

Xatırladaq ki, braziliyalı futbolçu 2013-cü ildən "Qarabağ"da çıxış edib.

Digər xəbərlər