"Neftçi"də hesabat verildi

"Neftçi"də hesabat verildi
Futbol
27 Yanvar 2017 - 01:17
Supersport.Az-ın məlumatına görə, "Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda "Neftçi" PFK-nın icraçı direktoru Orxan Hüseynzadə və əsas komandanın baş məşqçisi Elxan Abdullayev komandanın Antalya şəhərindəki hazırlığı və bu dövrdə klubun həyata keçirdiyi transfer siyasəti barədə hesabat təqdim ediblər.

Bundan başqa, "Neftçi"nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazov klubun hazırki maliyyə durumu barədə hesabat verib və xərclərin optimallaşdırılması ilə bağlı hazırlanmış planı təqdim edib.

İclasda "Neftçi” PFK-nın İ.Qayıbov adına təlim-məşq bazasında aparılan tikinti işləri haqqında ətraflı məlumat verilib və klubun 80 illik yubileyini qeyd etdiyi cari ilin sonuna kimi tikinti işlərinin yekunlaşmasının vacibliyi vurğulanıb.

Digər xəbərlər