Bakının ən güclü samboçuları müəyyənləşib

Bakının ən güclü samboçuları müəyyənləşib
Digər, Sambo
26 Yanvar 2017 - 18:31
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında sambo üzrə paytaxt birinciliyi keçirilib.

Supersport.Az xəbər verir ki, yarışda 10 çəki dərəcəsi üzrə 165 idmançı birincilik uğrunda mübarizə aparıb.

Yarışda Cavid Piriyev (48 kq), Kənan Babayev (52 kq), Əjdər Əsədov (56 kq), Emin Haqverdiyev (60 kq), Mikayıl Agui (65 kq), Vüqar Ağcayev (70 kq), Xəlil Cəlilzadə (75 kq), Aslan Qasımov (81 kq), Elvin Tarıverdiyev (87 kq) və Vüsal Orucov (87 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutmuş idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Digər xəbərlər