"Adanaspor"un baş məşqçisi: "Reynaldonu hamı bilir" - Video

"Adanaspor"un baş məşqçisi: "Reynaldonu hamı bilir" - Video
Futbol, Video
26 Yanvar 2017 - 00:12
"Qarabağ"ın aparıcı futbolçularından biri Reynaldo Dos Santos "Adanaspor"un düşərgəsinə yollanıb.

Supersport.Az-ın məlumatına görə, Türkiyə təmsilçisinin baş məşqçisi Ləvənt Şahin klubun internet kanalına 28 yaşlı braziliyalı hücumçu haqda danışıb:

"Reynaldonu hamı bilir, tanıyır, transferi son mərhələyə gəldi. Prezidentimizə təşəkkür edirəm, çox çalışır. İnşAllah xeyirli olar. Son iki oyunumuz bizə 1-2 futbolçu qazandırdı".

Yanvarın 30-u Superliqanın 19-cu turunda "Kasımpaşa"nı qəbul edəcək "Adanaspor"un çalışdırıcısı qələbənin vacib olduğunu qeyd edib:

"Bursaspor"la səfər oyununda çox vacib 3 xal qazandıq. "Kasımpaşa" ilə qarşılaşmada ilk dəfə azarkeşlərimiz qarşısına çıxacağıq. Futbolçularımız çatışmazlıqların aradan qaldırılması, daha yaxşı oynamaq üçün hər matçda səylə mübarizə aparır. Son iki oyunda üzərilərinə düşəni etdilər. Azarkeşlərdən böyük dəstək gözləyirəm".

Qeyd edək ki, Türkiyə Superliqasında 18 komanda sırasında autsayderlərdən olan "Adanaspor" (18 oyun, 14 xal) 16-cı pillədədir. Son iki yeri "Kayserispor" (18 oyun, 13 xal) və "Qaziantepspor" (17 oyun, 11 xal) tutur.

Digər xəbərlər