Prosineçki qərarını açıqladı

Prosineçki qərarını açıqladı
Futbol
24 Yanvar 2017 - 12:34


Xorvatiya millisinin baş məşqçisi Robert Prosineçki "Bursaspor"a gedəcəyi iddialara münasibət bildirib.

Supersport.Az-ın məlumatına görə, o, goal.com-a açıqlamasında qısa müddətdə millimizdən ayrılmağı düşünmədiyini deyib:

"Bursaspor"la danışıqlarımız oldu. Ancaq AFFA ilə hələ 1 illik müqaviləm var. Qısa zamanda hər hansı komanda dəyişikliyi etməyəcəm".

Xorvatiyalı mütəxəssis həm Azərbaycan, həm də "Bursaspor"u çalışdırması variantı ilə bağlı suala isə belə cavab verib:

"Xeyr. Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam".

Digər xəbərlər