“Formula-1” yarışlarının icraçı direktoru Berni Ekklstoun vəzifəsindən getdiyini bildirib

“Formula-1” yarışlarının icraçı direktoru Berni Ekklstoun vəzifəsindən getdiyini bildirib
Digər, Formula-1
24 Yanvar 2017 - 10:58
"Formula-1” yarışlarının icraçı direktoru Berni Ekklstoun jurnalistlərə açıqlamasında icraçı direktor vəzifəsindən getdiyini bildirib.

Supersport.Az kommersant.ru saytına istinadla xəbər verir ki, onu bu vəzifədə Çeyz Keri əvəzləyəcək.

Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun "Formula-1"ə 40 ildir rəhbərlik edirdi. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə ABŞ-ın "Liberty Media" korporasiyası sahib çıxıb.

Digər xəbərlər