"Qarabağ" qayıtdı

"Qarabağ" qayıtdı
Futbol
23 Yanvar 2017 - 20:32
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışını başa vuran "Qarabağ" Bakıya qayıdıb.

Qeyd edək ki, yanvarın 5-dən qardaş ölkədə hazırlıq keçən Qurban Qurbanovun komandası bu müddət ərzində 4 yoxlama oyunu keçirib. Dördqat Azərbaycan çempionu "Skenderbeu"ya (Albaniya) 1:0, "Styaua"ya (Rumıniya) 2:0, "Termalika"ya (Polşa) 3:2 hesabı ilə qalib gəlib, "Atırau"ya (Qazaxıstan) məğlub olub - 0:1.

Digər xəbərlər