Təbriz komandasından 20 Yanvar şəhidlərinə ehtiram

Təbriz komandasından 20 Yanvar şəhidlərinə ehtiram
Futbol
21 Yanvar 2017 - 19:04
Təbrizin “Traktorsazi” klubunun əvəzedici komandası dünən Türkiyənin Antalya şəhərində “Qəbələ”nin əvəzedici komandası yoxlama oyununda 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramını nümayiş etdirib.

Supersport.Az-ın xəbərinə görə, “Qəbələ” ilə yanaşı güneyli soydaşlarımız da oyuna qara sarğı ilə çıxıb. Bundan başqa, görüşdən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, bu yoxlama oyunu hər iki komandanın təlim-məşq toplanışı çərçivəsində keçirilib və “Qəbələ”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər