“İnter” Rusiya klubu ilə heç-heçə etdi

“İnter” Rusiya klubu ilə heç-heçə etdi
Futbol
21 Yanvar 2017 - 20:46
Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “İnter” bu gün  təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Supersport.Az-ın məlumatına görə, Zaur Svanadzenin komandası Rusiya Premyer Liqasında mübarizə aparan “Orenburq” klubu ilə qüvvəsini sınayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. "İnter" son anda məğlubiyyətdən qaça bilib.  "Bankirlər"i məğlubiyyətdən xilas edən qolu 90-cı dəqiqədə Pərdis Fərcad-Azad vurub.

Qeyd edək ki, "İnter" əvvəlki yoxlama matçlarında "Ordabaşı" (Qazaxıstan) ilə 0:0, "Botoşani" (Rumıniya) ilə komandası ilə 1:1 hesablı heç-heçə edib, Tacikistanın "İstiqlol" klubuna isə qalib gəlib - 2:1.

Digər xəbərlər