Sonuncu loqo təqdim olundu - "Avro-2020"

Sonuncu loqo təqdim olundu - "Avro-2020"
Futbol
19 Yanvar 2017 - 18:14
"Avro-2020"nin final mərhələsinin sonuncu loqotipi təqdim olunub.

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Sankt-Peterburq təqdimat mərasimi keçirən sonuncu şəhər olub.

Tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferin, Rusiyanın baş nazirinin müavini Vitali Mutko, şəhərin qubernatoru Georgi Poltavçenko və digər qonaqlar iştirak ediblər. Bütün loqolarda olduğu kimi Sankt-Peterbuqun rəmzində də körpü əks olunub.

Qeyd edək ki, Sankt-Peterburqla yanaşı, Bakı, Amsterdam, London, Buxarest, Budapeşt, Roma, Münhen, Brüssel, Qlazqo, Kopenhagen, Dublin və Bilbao da "Avro-2020"yə ev sahibliyi edəcək.

Digər xəbərlər