Kamran Ağayevə ağır cəza

Kamran Ağayevə ağır cəza
Futbol
18 Yanvar 2017 - 10:04
Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi "Boavişta"da forma geyinən millimizin üzvü Kamran Ağayevi cəzalandırıb.

 

Supersport.Az xəbər verir ki, Ağayev 3 oyunluq diskvalifikasiya edilib. Buna təcrübəli qolkiperin ölkə çempionatının XVII turunda "Benfika" ilə matçda (3:3) etdiyi hərəkətlər səbəb olub.
Qeyd edək ki, Kamran sözügedən oyunun 75-ci dəqiqəsində sarı vərəqə almışdı. Oyundan sonra rəqib futbolçularla dalaşan əlcək sahibi ikinci sarı vərəqə ilə cəzalandırılmışdı.

 

Bundan əlavə, Kamran 1530 avro da cərimə ödəyəcək.

Digər xəbərlər