Azərbaycan millisinin “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb

Azərbaycan millisinin “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb
Digər, Cüdo
18 Yanvar 2017 - 16:56
Cüdo üzrə Azərbaycan millisi 2017-ci ilin ilk “Böyük dəbilqə” turnirinə 7 idmançı ilə yollanacaq.

Supersport.Az xəbər verir ki, fevralın 11-12-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.

Yarışda, ümumilikdə 49 ölkədən 345 (215 kişi, 130 qadın) cüdoçu mübarizə aparacaq.

Digər xəbərlər