Lui Van Qal məşqçilikdən getdi

Lui Van Qal məşqçilikdən getdi
Futbol
17 Yanvar 2017 - 20:31
Supersport.Az-ın məlumatına görə, niderlandlı mütəxəssis 26 illik məşqçilik karyerasını başa vuracağını bildirib.

Lui van Qal "De Telegraaf"a açıqlamasında bundan sonra komanda çalışdırmağı düşünmədiyini söyləyib.

Çin klublarından aldığı böyük məbləğdə təklifə mənfi cavab verdiyini deyən 65 yaşlı mütəxəssis, fikrini belə tamamlayıb:

"Əvvəlcə qısa fasilə vermək istədim. Məqşçilikdən ayrılmağı anladım".

Karyerasında Niderland millisi, "Ayaks", "Barselona", "Bayern Münxen" və AZ "Alkmaar"ı çalışdıran Van Qal, son olaraq ötən il "Mançester Yunayted"dən qovulub.

Mütəxəssis, Niderland hökuməti tərəfindən futboldakı əməyinə böyük mukafat alıb.

Digər xəbərlər