Yeniyetmə və gənclər Xorvatiyadan 8 medalla dönürlər

Yeniyetmə və gənclər Xorvatiyadan 8 medalla dönürlər
Karate, Digər
16 Yanvar 2017 - 20:12
Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın üzvləri Xorvatiyada beynəlxalq turnirdən 8 medal qazanıblar. Mükafatların beşi qızıl, üçü isə bürüncdür.  Supersport.Az xəbər verir ki, Samobor şəhərində 26-cı Xorvatiya "Qran Pri"sində fəxri kürsünün ən yüksək pilləsinə Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, -52 kq), Elcan Məmədrzayev (-60 kq), Asiya Məlikova (-50 kq) və İrina Zaretska (+68 kq, hər üçü 18-20 yaşlı gənclər seçmə komandasının üzvü) və Sahib Əhədov (yuxarı yaşlı fiziki qüsurlu dmançılar arasında) çıxıb. Mədinə Sadıqova (14-15 yaşlı yeniyetmələr, -47 kq), Vüsal Kamallı (-75 kq) və Fəridə Əliyeva (+68 kq, hər ikisi 18-20 yaşlı gənclər) isə 3-cü yeri tutub. Daha 5 idmançımız bürünc medal uğrunda görüşlərdə qələbəni əldən verib

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımızı daha məsul yarış, 17-19 fevral tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatı gözləyir. İdmançılarımız seçmə komandaların məşqçiləri Anar Allahverdiyev, Qurban Tağıyev, Şahin Xudaverdiyev, Vahid Ayvazov və Vüqar Kərimovun rəhbərliyi ilə qarşıdakı yarışa hazırlıqları davam etdirəcəklər.

Digər xəbərlər