Namiq Abdullayev: "Çempionat gərgin və maraqlı keçməsiylə yadda qaldı"

Namiq Abdullayev: "Çempionat gərgin və maraqlı keçməsiylə yadda qaldı"
Digər, Eksklüziv, Güləş
14 Yanvar 2017 - 21:44
Supersport.Az-ın müxbirilə söhbətində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev fikirlərini bildirib.

Mütəxəssis son çempionatı dəyərləndirib:

"Hər il olduğu kimi bu dəfə də yarışlar gərgin və maraqlı keçməsiylə yadda qaldı. Bəzi təcrübəli idmançılara istirahət verilmişdi.
Gənclərdən ibarət yığma komandanın üzvləri də böyüklərin çempionatında iştirak etdi və xoş təsir bağışladı.
Ötən il çox uğurlu oldu. Rio Olimpiadasında qazanılan 18 medaldan 9-u güləşçilərin payına düşdü. İnanıram ki, onlar Avropa, dunya cempionatları, həmçinin İslam Həmrəylik Oyunlarında da yaxşı nəticə göstərib xalqımızı sevindirəcəklər".

Süleyman ELYAZ

Digər xəbərlər