Mariana Vasileva: "Bədii gimnastikanın nə olduğunu bilməyən bölgələrimiz var"

Mariana Vasileva: "Bədii gimnastikanın nə olduğunu bilməyən bölgələrimiz var"
Digər, Eksklüziv, Gimnastika
14 Yanvar 2017 - 12:03
Bədii Gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasileva Supersport.Az saytına açıqlama verib.

"Rio Yay Olimpiya Oyunları bizim üçün həm yaxşı oldu, həm də ki, pis. İlk "onluğa" düşmək müsbət nəticədir. Pis isə o odur ki, medal qazana bilmədik. Ümid edirəm ki, "Tokio-2020"də daha yaxşı nəticələr əldə edəcəyik. Bunun üçün çox çalışırıq. Hamı bizə deyir ki, niyə qızıl medal qazana bilmədiniz? Hələ də bizim bəzi bölgələrimizdə bədii gimnastikanın nə olduğunu bilməyənlər var. Regionlarda məşqçi çatışmazlığından əziyyət çəkirik. Mütəxəssislər gecə-gündüz, istirahətsiz çalışırlar. Tezliklə məşqçi kursları açıb, orda fərqlənənləri rayonlara göndərəcəyik. Gələn ay keçiriləcək Dünya Kubokuna böyük səy, qüvvə ilə çalışırıq. Ən yaxşı nəticəni Jale Piriyeva ve Marina Durundadan gözləyirəm. Daha çox bu iki idmançının medal qazanacağına inanıram".

Daha sonra mütəxəssis son zamanlar milli komandamızın keçmiş baş məşqçisinin mətbuata verdiyi müsahibəsi və onu tənqid edən sabiq yığma üzvlərinə belə bir cavab ünvanlayıb:

"Ölən itin dalınca daş atmazlar". Mən işlədiyimə görə məni tənqid edir, arxamca danışırlar. Ümumiyyətlə keçmiş idmançılar haqda heç nə danışmaq istəmirəm".


Süleyman Elyaz

Digər xəbərlər