2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” təlim-məşq toplanışının ikinci gününü 2 məşqlə yekunlaşdırıb.
Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda günün ilk məşqini fitnes zalında gerçəkləşdirib. “Qırmızı-qaralar” topsuz çalışmalara üstünlük verib. Günün ikinci məşqi isə topla hazırlıq olub.