"Bu il daha çox mükafatlar qazanacağıq" - Ansi Aqolli

"Bu il daha çox mükafatlar qazanacağıq" - Ansi Aqolli
Futbol
11 Yanvar 2017 - 22:17
Bu mövsüm bizim üçün uğurlu oldu, indi isə qarşıdakı oyunlar haqda düşünürük. Qış təlim-məşq toplanışını yaxşı dəyərləndirib mövsümün sonuna qədər komandamız üçün ən yaxşısını etməyə çalışacağıq”.

Supersport.Az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın futbolçusu Ansi Aqolli klubun saytına açıqlamasında deyib.

Albaniyalı müdafiəçi  ötən ili həm özü, həm də “Qarabağ” üçün dəyərləndirib: “Ağır ili geridə qoyduq, həm “Qarabağ”da, həm də milli komandada çox oyunlar keçirdik. Daha sonra istiraht tam yerinə düşdü. İndi isə yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq. Hazırda komandada əhval-ruhiyyə əladır. İstirahətdən qayıdandan sonra hər kəs özünü yaxşı hiss edir.

Ötən il mənim həyatımda xüsusi yer tutur. “Qarabağ”la ölkə kuboku və çempionatda qızıl medalları qazandıq. Milli komandayla Avropa çempionatının final mərhələsində mübarizə apardıq. Ümid edirəm ki, bu il daha çox mükafatlar qazanacağıq".

Digər xəbərlər