"Qarabağ"dan bir gündə iki məşq - Şəkillər

"Qarabağ"dan bir gündə iki məşq - Şəkillər
Futbol, Foto
10 Yanvar 2017 - 21:46


“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hazırlığın altıncı günündə komanda iki məşqlə kifayətlənib.

İlk məşqin meydançada keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ilk hazırlıq fitnes zalında keçirilmişdi.

Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) başlayan ikinci məşq hava şəraitinə baxmayaraq, meydançada start götürüb. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandanın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər.

İki futbolçu – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

qarabag3sehic-qarabag

Digər xəbərlər