Cokovic Marreyin qələbə seriyasına son qoyub

Cokovic Marreyin qələbə seriyasına son qoyub
Tennis, Digər
08 Yanvar 2017 - 19:26
Serbiyalı tennisçi Novak Cokoviç dünyanın 1 nömrəli raketka ustası Endi Marreyin 29 oyunluq qələbə seriyasına son qoyub.

Supersport.Az xəbər verir ki, Dohada keçirilən beynəlxalq turnirin finalında dünyanın 2 nömrəli tennisçisi Novak Cokoviç britaniyalı rəqibinə qalib gələrək (6-3, 5-7, 6-4) yarışın qalibi olub.

Bununla da N.Cokoviç rəqibi üzərində bütün turnirlərdə 25-ci qələbəsini qazanıb. Marrey isə bu rəqibinə 11 dəfə qalib gəlib.

Digər xəbərlər