Cüdonun yeni qaydaları Bakıda müzakirə olunur

Cüdonun yeni qaydaları Bakıda müzakirə olunur
Digər, Cüdo
06 Yanvar 2017 - 20:01
Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar davam edir.

Supersport.Az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar nəzəri hissədən sonra praktik olaraq davam etdirilib. 99 ölkədən 370 nümayəndə heyətinin iştirak etdiyi tədbirdə cüdonun yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Qeyd edək ki, seminara sabah yekun vurulacaq.

Digər xəbərlər