Qurban Qurbanov Ağabala Ramazanov haqqında nə dedi?

Qurban Qurbanov Ağabala Ramazanov haqqında nə dedi?
Futbol
06 Yanvar 2017 - 16:10


"Ağabala gənc və istedadlıdı, məğlub olmağı sevmir”. Supersport.Az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Klubun rəsmi saytına danışan 44 yaşlı çalışdırıcı Ağabala Ramazanovun “Qarabağ”a keçidi haqda fikir bildirib.

 

O qeyd edib ki, Ramazanov Ağdam klubunun oyun üslubuna uyğun gələn futbolçudu: “Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, Ağabala Ramazanov bizdə oynadığı müddətdə öz ustalığını artırmaq üçün şans qazanacaq. Ağabala hər zaman xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandı. Ümumilikdə, komandamızın oyun üslubuna uyğun gələn futbolçudu".

 

Qeyd edək ki, Ağabala Ramazanov “Qarabağ”a “İnter”dən keçib.

Digər xəbərlər