"Evləndiyimə görə xeyli təbrik aldım" - Muarem Muarem

"Evləndiyimə görə xeyli təbrik aldım" - Muarem Muarem
Futbol
06 Yanvar 2017 - 09:56


“İstirahət dönəmi mənim üçün yaxşı keçdi. Şəxsi həyatımda bəzi dəyişikliklər oldu, evləndim. Daha sonra təxminən 1 həftəlik istirahət etdim. Tətildə olsam da, fikrim komandamlaydı. Komanda yoldaşlarım üçün darıxmışdım. Azərbaycandan çox adam istər mesaj, istərsə də sosial şəbəkə vasitəsi ilə məni təbrik etdilər, hər birinə “çox sağ ol” deyirəm. Məni unutmadılar”.

Supersport.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Muarem Muarem klubun saytına deyib.

O, qış fasiləsindən sonrakı oyunların vacibliyindən və komandadakı rəqabətdən də danışıb:

“Hər zaman qış fasiləsindən sonra çempionat oyunları daha çətin olur. Turnir cədvəlində “Qəbələ” və “İnter”lə xal fərqi azdır. Əslində bu bir tərəfdən yaxşıdır ki, rəqabət sona qədər olur. Futbolçular həm məşqlərə, həm də oyunlara daha motivasiyalı çıxır. Xal fərqinin az olması çempionatın daha maraqlı keçməsinə də səbəb olur. Qış təlim-məşq toplanışında yaxşı hazırlaşıb həm Premyer Liqada, həm də ölkə kubokunda qızıl medalların sahibi olmaq istəyirik. Komandamızda hər bir mövqedə rəqabət var, həm məşqlərdə, həm də oyunlarda əlimdən gələnin ən yaxşısı etməyə çalışmışam. Rəqabətin olması həm futbolçular, həm də komandamız üçün yaxşıdır”.

Digər xəbərlər