"Neftçi"nin ilk oyununun başlama saatı dəqiqləşdi

"Neftçi"nin ilk oyununun başlama saatı dəqiqləşdi
Futbol
04 Yanvar 2017 - 20:44


Bu gündən Türkiyədə təlim-məşq toplanışına start verən “Neftçi”nin ilk hazırlıq matçının vaxtı dəqiqləşib.

Supersport.Az-ın məlumatına görə, komanda ilk oyununda “Sivasspor”la qarşılaşacaq. Görüş yanvarın 8-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, toplanış çərçivəsində "Neftçi" “Kukesi” (Albaniya), “Tosno” (Rusiya) və “Terek”lə də (Rusiya) yoxlama oyunu keçirəcək.

Digər xəbərlər