Yelizaveta Səmədova: “Hədəfimiz çempionluqdur”

Yelizaveta Səmədova: “Hədəfimiz çempionluqdur”
Digər, Eksklüziv, Voleybol
30 Dekabr 2016 - 13:18
"Telekom” klubunun və Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Səmədova Supersport.Az saytına müsahibə verib.

- İlk olaraq voleybola gəlişiniz barədə bir az danışaq…

- Hər şey məndə 12 yaşımdan başlayıb. Uşaq vaxtında idmanla çox məşğul olmuşam. Xarkovda bizim qohumlarımız var idi. Biz ailəlikcə idmanla məşqul olmuşuq. Atam və qardaşım futbolçu olub. Voleybolu isə özüm sevib seçmişəm.

- Sizcə, Azərbaycan Super Liqasının səviyyəsi aşağı düşüb?

- Mən bura ilk gələndə daha çox güclü klublar var idi. Maliyyə böhranı ilə əlaqədar indi iki güclü klub qalıb. "Azerreyl" ve "Telekom".

- Ötən il gümüş medal qazandınız, bu il isə ilk yarını çempion kimi başa vurdunuz. Bu üstünlüyü qoruyub saxlaya biləcəksinizmi?

- Əlbəttə ki, biz bu il çempion olmaq istəyirik. Bunun üçün çalışırıq, əsas hədəfimiz budur.

- Gənc yaşınıza baxmayaraq, artıq komandanın kapitanısınız. Bu cür məsuliyyət 21 yaşlı kapitanı qorxutmur ki?

- Heç bir çətinlik məni qorxutmur. Bu, baş məşqçinin seçimidir. Özü məni seçib. Artıq 4 ildir ki, mən burdayam.

- "Telekom" ölkəmizi Çempionlar Liqasında təmsil edir. İlk oyunda səfərdə məğlub olmusunuz. Yanvarın 10-da növbəti oyunu Bakıda keçirəcəksiniz. Bir az da bu haqda danışaq…

- Bəli, biz ilk oyunda səfərdə İtaliyanın "Konegliano" klubuna məğlub olduq. Yanvarın 10-u Polşanın “Ximik” klubu ilə qarşılaşacağıq. Çalışacağıq ki, bu oyunda qələbə qazanıb, azarkeşlərimizi sevindirək.

- 2017-ci Bakıda ilk dəfə voleybol üzrə Avropa çempionatı keçiriləcək. Qrupda hansı rəqiblərinizdən çəkinirsiz? Favoritiniz hansı ölkədir?

- Biz heç bir komandadan çəkinmirik. Çalışacağıq ki, əlimizə düşən bu fürsətdən yaxşı faydalanaq, layiqli mübarizə aparaq. Favorit kimi isə Rusiya və Serbiyanı qeyd edərdim. Çox güclü komandalardır.

Süleyman

Digər xəbərlər