Azərbaycan kikboksçusu “Kunlun Fight 56” turnirinə qələbə ilə başlayıb

Azərbaycan kikboksçusu “Kunlun Fight 56” turnirinə qələbə ilə başlayıb
Kikboks, Digər
03 Yanvar 2017 - 10:19
Kikboksinq üzrə Azərbaycanın millisinin və “Qəbələ” idman klubunun təmsilçisi Pərviz Abdullayev Çinin Sanya şəhərində təşkil olunan “Kunlun Fight 56” turnirinə qələbə ilə başlayıb.

Supersport.Az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən dünya çempionumuz reytinq xarakterli döyüşdə Çin idmançısı Ma Şuo ilə qarşılaşıb. P.Abdullayev döyüşdə 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Digər xəbərlər