Ronaldo fantastik təklifi rədd etdi

Ronaldo fantastik təklifi rədd etdi
Futbol
30 Dekabr 2016 - 17:54
Supersport.Az-ın məlumatına görə, dünyanın ən yaxşı futbolçularından biri, "Real Madrid"in üzvü Kriştiano Ronaldo Çin klubundan fantastik təklif alıb.

Bu haqda portuqaliyalı menecer Xorxe Mendes açıqlama verib.

O, bildirib ki, adını gizli saxladığı Çin klubundan "Real Madrid"ə Ronaldoya 300 milyon, Ronaldoya isə illik 100 milyon avro təklif olunub:

"Pul hər şey deyil. "Real Madrid", Ronaldonun həyatını tənzimləyir. Kriştiano burada xoşbəxtdir və Çinə getməyi mümkünüzdür. Həmin ölkə futbol bazarına sürətlə daxil olub. Bir sıra tanınmış futbolçuları ala bilər".

Qeyd edək ki, son olaraq "Şanxay Şenxua" klubu 32 yaşlı argentinalı Karlos Tevesə iki mövsüm üçün 84 milyon dollara razı salaraq, heyətinə cəlb edib. Bununla Tefes dünyanın ən çox əmək haqqı alan futbolçusu olacaq.

Digər xəbərlər