Çövkən oyunu üzrə “Prezident Kuboku” turnirində “Sərhədçi” komandası çempion olub

Çövkən oyunu üzrə “Prezident Kuboku” turnirində “Sərhədçi” komandası çempion olub
Digər, Atçılıq
28 Dekabr 2016 - 23:34
Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə dekabrın 28-də yekun vurulub. Turnirin sonuncu günündə üçüncü yer uğrunda görüş və final qarşılaşması oynanılıb. Yarış “Sərhədçi” komandasının qələbəsi ilə başa çatıb.

Supersport.Az xəbər verir ki, final qarşılaşmasında “Sərhədçi” və “Polad” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Sərhədçi” komandası 1:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Bürünc medallar uğrunda görüşdə isə “Qarabağ” və “Köhlən” komandaları mübarizə aparıb. Oyunda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” komandası bürünc medallara layiq görülüb.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.

Digər xəbərlər