"Neftçi" "Qarabağ"ın futbolçusunu heyətinə qatdı

"Neftçi" "Qarabağ"ın futbolçusunu heyətinə qatdı
Futbol
26 Dekabr 2016 - 21:32
Paytaxtın "Neftçi" klubu "Qarabağ"ın futbolçusu Namiq Ələsgərovu transfer edib.

Supersport.Az-ın  əldə etdiyi məlumata görə, Namiq Ələsgərov bundan sonra "ağ-qaralar"ın uğurları üçün çalışacaq.

İndi 21 yaşlı hücumçunun klubu ilə razılaşma əldə olunub və yaxın günlərdə müqavilə imzalanacaq. Müqavilə müddətinin ən azı 1,5 il olacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" "Neftçi" ilə müqavilə müddəti başa çatmış Elşən Abdullayevi heyətinə qatıb.

Digər xəbərlər