Ramil Şeydayevə iki klubdan təklif

Ramil Şeydayevə iki klubdan təklif
Futbol
24 Dekabr 2016 - 23:14
Son zamanlar "Trabzonspor"dan ayrılması gündəmdə olan millimizin forvardı Ramil Şeydayevi heyətində görmək istəyən daha bir klub var.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 1-ci liqa klbularından olan "Samsunspor" Ramil Şeydayev üçün "Trabzonspor"a təklif göndərib. Amma Trabzon təmsilçisi bu təklifi hələ dəyərləndirməyib.

Qeyd edək ki, Ramil Şeydayevin adı son zamanlar "Neftçi" ilə çəkilir.

Digər xəbərlər