Ölkənin ən güclü cüdoçuları müəyyənləşdi

Ölkənin ən güclü cüdoçuları müəyyənləşdi
Digər, Cüdo
24 Dekabr 2016 - 23:12
Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.

Builki yarışda ölkənin 48 klubundan 366 tatami ustası ümumilikdə 14 çəki dərəcəsində qüvvəsini sınayıb.

Bakı İdman Sarayında 2 gün davam edən ölkə çempionatının yekunlarına əsasən, Elvin Mustafayev 73 kq-da, Tofiq Səfərli 81-də, Abdulhaq Rəsullu 90-da, Cəlil Şükürov isə 100 kq-da çəkidə birinci yerə layiq görülüb. Ən yuxarı – 100 kq-dan ağır çəki dərəcəsində Uşanqi Kokauri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da cüdo üzrə Azərbaycan çempionlarının adları bəlli olub və yarışa yekun vurulub.

Xatırladaq ki, ilk yarış günündə cüdoçular 9 çəkidə qalibləri müəyyənləşdiriblər. Həmin sınaqlarda Oruc Vəlizadə, Emin Həsənov, Aişə Qurbanlı, Nəzakət Əzizova, Şəhanə Alməmmədova, Gülsədəf Kərimova, Kristina Jukovets, Günel Həsənli və Şəms Hacıyeva hamıdan güclü olduğunu nümayiş etdirib.

Digər xəbərlər