“Neftçi” voleybolçuları ölkə çempionatında liderliyini davam etdirir

“Neftçi” voleybolçuları ölkə çempionatında liderliyini davam etdirir
Digər, Voleybol
23 Dekabr 2016 - 23:18
Dekabrın 23-də kişi voleybolçular arasında Azərbaycan çempionatında VII turun oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, turun açılış oyunu “Neftçi” və “Sumqayıt” komandaları arasında təşkil olunub. Bakı təmsilçisi rəqibinə heç bir setdə şans verməyib - 3:0.

“Lokomotiv”-MOİK görüşü "hərbçilər"in meydana çıxmaqdan imtina etməsi səbəbi ilə keçirilməyib. Komanda əsas voleybolçularının zədəli olmasını əsas gətirib. Nəticədə “Lokomotiv” klubuna texniki qələbə verilib.

Turun “Nəqliyyatçı”–“Naxçıvan” dueli isə maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Oyun tay-brekə qədər davam edib və Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeddi turdan sonra “Neftçi” 21 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Lokomotiv” 19 xalla ikinci, “Naxçıvan” isə 12 xalla üçüncü pillədə qərarlaşıb

Digər xəbərlər