Cüdo üzrə Azərbaycan çempionatına start verilib

Cüdo üzrə Azərbaycan çempionatına start verilib
Digər, Cüdo
22 Dekabr 2016 - 14:58
Dekabrın 22-də Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.

Supersport.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayır.

Turnirin ilk günündə kişilər arasında 60, 66 kiloqram, qadın cüdoçuların mübarizəsində isə bütün - 48, 52, 57, 63, 70, 78 və 78 kiloqramdan yuxarı çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Dekabrın 23-də isə kişi idmançılar 73, 81, 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mükafat uğrunda yarışacaqlar.

Azərbaycan çempionatının açılış mərasimi dekabrın 22-də saat 17:00-da olacaq. Respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaqlar.

Digər xəbərlər