Milli qəhrəmanın xatirəsinə 16-cı turnir

Milli qəhrəmanın xatirəsinə 16-cı turnir
Digər, Ağır Atletika
21 Dekabr 2016 - 23:00
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Ağır Atletika Akademiyasında (Şüvəlan qəs.) Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə II Beynəlxalq Bakı turniri keçirilir. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, ABŞ, İsrail, Moldova, Ukrayna, Bolqarıstan, Polşa, İran, Gürcüstan, Tacikistan, Belarusiya idmançıları da mübarizə aparırlar.

Qeyd edək ki, Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər açıq turniri Azərbaycan Ağır Atletika Federasiyasının müraciətinə əsasən 2001-ci ildən keçirilir və bu turnir artıq sayca on altıncıdır, 2015-ci ildən isə Beynəlxalq turnir kimi keçirilir.

Digər xəbərlər