Tokio Olimpiadasının büdcəsi məlum oldu

Tokio Olimpiadasının büdcəsi məlum oldu
Futbol, Olimpiya, Digər
21 Dekabr 2016 - 17:39
Supersport.Az-ın məlumatına görə, Tokio-2020-nin büdcəsi açıqlanıb.

Bu haqda Oyunların Təşkilat Komitəsinin sədri Yoşiro Mori və şəhər qubernatoru Yuriko Koike xəbər verib.

Üç il ərzində 15 milyard dollar xərclənəcəyi bildirilib.

Olimpiada araşdırma komitəsi əvvəlcədən açıqlamasında lazımi tədbirlər görülmədiyi təqdirdə, Yaponiyanın 30 milyard maliyyə sərf edəcəyi xəbərdarığını etmişdi.

Bundan sonra avarçəkmə, üzgüçülük və voleybol yarışlarının mövcud idman qurğularında təşkil ediləcəyinə qərar verilərək xərcin azaldılacağı planlaşdırılmışdı.

Digər xəbərlər