"Qarabağ"da özümü legioner kimi hiss etməmişəm" - Aqolli

"Qarabağ"da özümü legioner kimi hiss etməmişəm" - Aqolli
Futbol
20 Dekabr 2016 - 19:02
İdman Araşdırmalar Mərkəzi tərəfindən idman jurnalistləri arasında keçirilən sorğuda "ilin ən yaxşı əcnəbi futbolçusu" mükafatına layiq görülən "Qarabağ"ın müdafəçisi Ansi Aqolli ən yaxşı seçilməyi ilə bağlı fikirlərini bildirib.

Supersport.Az-ın məlumatına görə, Albaniya yığmasının üzvü klubun mətbuat xidmətinə açıqlamasında mükafata layiq görülməyin böyük şərəf olduğunu deyib:

"Qarabağ"a gəldiyim ilk gündən indiyə qədər özümü legioner kimi hesab etməmişəm. Buna görə də baş məşqçi Qurban Qurbanov, klub rəhbərliyi, komanda yoldaşlarım və azarkeşlərimizə təşəkkür edirem. Ölkəmdən kənarda oynamağıma baxmayaraq özümü həmişə öz evimdə hiss etmişəm. Bu mükafatı baş məşqçimiz, klubumuzda çalışan hər bir kəs və azarkeşlərlə paylaşmaq istəyirəm. Məni bu mükafata layiq gördüklərinə görə də jurnalistlərə təşəkkür edirəm".

Digər xəbərlər