Dünyada ən çox azarkeşə sahib türk klubu - Foto

Dünyada ən çox azarkeşə sahib türk klubu - Foto
Futbol, Foto
19 Dekabr 2016 - 21:58
Dünyada ən çox azarkeşi olan türk klubu nə "Fənərbağça", nə də "Qalatasaray"dır.

Bu baxımdan fərqlənən komanda İrandadır. Söhbət azərbaycanlıların qurduğu Təbrizin "Traktor Sazi" klubundan gedir.

Rəngləri "Qırmızı-Ağ" olan komandanın ləqəbi isə "Qırmızı Qurdlar"dır.

Supersport.Az-ın məlumatına görə, İranda Türk xalqının simvolu olaraq qəbul edilən "Traktor Sazi"nin 46 illik tarixi var və oyunlarını ortalama 80 min azarkeş izləyir.

30 milyon tərəfdarı ilə dünyanın ən çox türk azarkeşinə sahib futbol klubudur.

"Traktor Sazi" azarkeşləri komandalarını "Barselona" da adlandırır.

Tribunalarda açdıqları "Cənubi Azərbaycan İran deyil!" şüarıyla diqqəti çəkən klub, bu baxımdan "Barselona"nın Kataloniya azarkeşlərinin İspaniyaya qarşı olan mövqeyini xatırladır.

traktor2016

Digər xəbərlər