Bonuççi müqavilə imzaladı

Bonuççi müqavilə imzaladı
Futbol
19 Dekabr 2016 - 15:46
İtaliyanın “Yuventus” klubu futbolçusu Leonardo Bonucci ilə yeni müqavilə imzalayıb.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçinin müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. Yeni sözləşməyə əsasən, Bonuççinin illik qazancı 4,5 milyon avro olacaq.

Qeyd edək ki, İtaliya millisinin üzvü 2010-cu ildən Turin klubunda çıxış edir.

Digər xəbərlər