Rafael Santos «Qəbələ»də 100-cü oyununu keçirdi

Rafael Santos «Qəbələ»də 100-cü oyununu keçirdi
Futbol
18 Dekabr 2016 - 16:43
Premyer Liqanın XIV turunun “Kəpəz”lə ev oyunu “Qəbələ”nin futbolçusu Rafael Santos üçün əlamətdar olub. Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi “qırmızı-qaralar”ın heyətində 100-cü rəsmi matçını keçirib.

“Qəbəlı”nin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün fasiləsindən sonra meydana çıxan cənubi amerikalı klubun tarixinə 100 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Ona qədər yalnız 4 futbolçu bu qədər matçda “qırmızı-qara” forma geyinib. Bunlar Dodo (161), Ürfan Abbasov (144), Viktor Mendi (127) və Samir Zərgərovdur (122).
2014-cü il fevralın 2-də keçirilən Premyer Liqanın  “Sumqayıt” – “Qəbələ” matçında (0:3) ilk dəfə “Qəbələ”nin formasını geyinən Rafael “qırmızı-qaralar”ın heyətində 100 oyunda 8577 dəqiqə meydanda olub. Hesabında 2 qol və 21 sarı vərəqə olan müdafiəçi 1 avtoqola da üzülüb. O, ölkə çempionatında 69, kubokda 11, UEFA Avropa Liqasında 20 matç keçirib.

Digər xəbərlər